New to Nutbox?

COP29-dan pul qazanmağa indidən hazırlaş

1 comment

sabahaddin
25
17 days agoSteemit3 min read

image.png

Vacib qeyd:

Qeyd olunanlar sərmayə tövsiyəsi deyil. Pul qazanmağınıza zəmanət vermirəm. Sadəcə olaraq fikirlərimi sizinlə bölüşürəm.

COP29 nədir?

Yəqin ki, COP29 barədə eşitmisiniz. Yazıda sizlərə bu tədbirin mahiyyəti, önəmi, eləcə də təbiətə və cibimizə faydaları barədə qısa məlumat vermək istəyirəm.
COP “Conference of the Parties”, yəni Tərəflərin Konfransı ifadəsindəndir. 29 rəqəmi tədbirin sayca 29-cu olduğuna işarə edir. COP tədbirlərinin məqsədi, Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq istiqamətində irəliləyiş əldə etməkdir.
Hamımız tədbirin əhəmiyyətini müəyyən qədər dərk edirik. Amma eyni zamanda, ev sahibi ölkənin vətəndaşı kimi bu tədbirdən maddi olaraq da faydalanmaq mümkündür. Niyə də olmasın? Gəlin bunun üçün tədbirin miqyası barədə təsəvvürümüzü formalaşdıraq.

Təqribən 70-80 minə yaxın xarici ölkə vətandaşı Bakıya gəlir

İndiyə qədər xarici qonaq sayına görə ölkədə keçirilən ən böyük tədbir Avropa Oyunları olub ki, onda da Azərbaycana 5 min idmançı və onları müşayiət edən 3 min şəxs gəlib. Əgər həmin dövrdə pul qazana bilmişdinizsə, indi qat-qat artığını qazanmaq imkanınız var. Prezident İlham Əliyev bildirib ki, ehtimallara görə, təqribən 70-80 min xarici qonaq iki həftə ərzində Azərbaycanda olacaq.

image.png

Qazanc istiqamətləri

Sizə 4 qazanc istiqaməti barədə ümumi, qısa məsləhətlər verəcəyəm. Tədbirin keçirilməsi tarixinə hələ 7 aya yaxın vaxt var. Ona görə də hələlik konkret nəsə demək doğru olmaz.

1)Daşınma

11 gün davam edəcək tədbirin Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulub. İştirakçılar yəqin ki, stadionun yaxınlığında və ya şəhərin mərkəzində, ya da fərqli istiqamətlərdəki otellərdə, günlük evlərdə yerləşəcəklər. Konfransın başlamasına bir neçə gün qalmış Heydər Əliyev Beynəlxalq Aeroportundan şəhərə kütləvi axın olacaq. Daşınmanı təmin etmək asan məsələ deyil. Taksi fəaliyyəti ilə məşğulsunuzsa bu xidmətin təşkilində iştirak edərək ilk gündən xeyli gəlir əldə edə bilərsiniz. Belə imkanınız yoxdursa, bu xidmətləri göstərən şirkətlərlə əməkdaşlıq edərək onlara müştəri qazandırmaqla öz payınızı götürə bilərsiniz.

2)Yerləşdirmə

Əgər əlavə eviniz varsa günlük kirayə haqqı müəyyənləşdirib xarici vətəndaşlarla yaxşı qiymətə razılaşa bilərsiniz. Ya da stadionun yaxınlığında əvvəlcədən 1 aylıq mənzil kirayələyə və onu qonaqların xidmətinə verə bilərsiniz. Lakin bu halda əvvəlcədən ev sahibi ilə qonaqlarınızın olacağı barədə razılığa gəlməlisiniz. Ev sahibi sizin onun evini biznes məqsədi ilə istifadə edəcəyinizi bilməlidir. Həyatda, həmçinin biznesdə dürüstlük önəmlidir.

3)Coffee break və ya catering

Tədbir on minlərlə insanı birləşdirir. Olimpiya satdionunda nahar və ya qəlyanaltı fasilələri qazanclı olacaq. Bunun üçün öz şirkətinizin olması vacib deyil. Güvəndiyiniz şirkətlərlə razılaşa və onlara müştəri yönləndirib pul qazana bilərsiniz.

4)Ölkə turizmi

Ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” qonaqların xoş məramına tamamilə uyğundur. Tədbir müddətində və tədbirdən sonra Azərbaycanı gəzmək istəyənləri öz bölgənizə və ya digər rayonlarımıza qonaq apara, onlara bələdçilik edərək kifayət qədər pul qazana bilərsiniz. Bölgələrimiz, tariximiz, abidələrimiz barədə müəyyən qədər məlumata sahibsinizsə, bu sizin üçün ideal imkandır. Bələdçilik edəcək qədər məlumatlı deyilsinizsə, vaxtınız çoxdur. İnternetdən aktiv istifadə edin. İngilis dilini də zəif də olsa bilmək lazım olacaq. Özünüz yol xəritənizi qabaqcadan müəyyənləşdirsəniz, danışacağınız textləri də əvvəlcədən hazırlaya, “Google Translate”, “ChatGPT” və s. vasitələrdən istifadə edərək elə gəzinti zamanı telefondan qonaqlara oxuya bilərsiniz. Təkcə Bakını - Şirvanşahlar sarayını, İçərişəhəri, Ramana, Nardaran, Mərdəkan qalalarını, Qobustanı tanımaq və onlar barədə tarixi biliklərə malik olmaq sizə yaxşı pul qazandıra bilər.

Ümumiyyətlə 4 qazanc istiqamətinin hamısında əvvəlcədən hazırlıqlar görmək, danışıqlar aparmaq çox önəmlidir. Şərhdə siz də öz ideyalarınızı bölüşsəniz sevinərəm. Həm də bu, deyəsən mənə burda pul qazandıracaq. Hep beraber COPalım :)))

Allaha əmanət olun!

Comments

Sort byBest